"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi Qusar bələdiyyələrinin iştirakıyla görüşlər keçirib

--2022-04-16 / 12:44
ədliyyə Nazirliyi tərəfindən 2010-cu ilin fevral ayında dövlət qeydiyyatına alınan “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” adlı layihənin icrasını davam etdirir. Qeyd edək ki, layihə 01 fevral – 01 iyun 2022-ci il dövrünü əhatə edir. Layihənin əsas məqsədi ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması istiqamətində Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri, turizm şirkətləri ilə görüşləri təşkil etməklə müzakirələrin aparılması və ekoturizmin təbliği sahəsində bələdiyyələrin öz işlərini daha da səmərəli qurmasına nail olmaqdır. Quba rayonun ardınca 12–15 aprel 2022-ci il tarixlərində Qusar rayonunun bələdiyyələri ilə görüşlər keçirilmişdir. Görüşlərinn keçirilməsində Qusar RiH–i də yaxından təşkilatı dəstək göstərmişdir.
Qusar rayonunda keçirilən görüşlərdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov), layihənin eksperti iqtisadiyyat üzrə fəlsəfə elmləri döktoru Fərhad Mikayılov, ədliyyə Nazilriyinin Xaçmaz Regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Tural Bağırov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qusar rayonu üzrə sahə müfəttişi Ramiddin Ağakişiyev, Dövlət Turizm Ağentliyinin Quba Destinasiya Menecmenti Təşkialtının Qusar rayonu üzrə təmsilçisi Ruslan Bəkirov, Qusar RiH-nin təmsilçisi Süleyman Rəşidov, turizm sahəsi üzrə blogger Fərhad Aşurbəyli və Qusar rayon bələdiyə sədr və üzvləri bu rayonda ekoturizimi təbliği istiqamətində fikr mübadilələri aparmışlar. Bələdiyyələrin ekoturizimin təbliği istiqamətində və turizim sahəsindən bələdiyyə büdcələrinin formalaşması istiqamətində bələdiyyələrin görəcəkləri işlər geniş müzakirə olunmuşdur.
12-15 aprel tarixlərində layihə çərivəsində keçirilən görüşlər ayrı-ayrı bələdiyyə ərazisində davam etdirilmişdir. Layihə iştirakçıları Çiləgir, Həzrə və Hil kəndində keçirilən görüşlərdə ərazinin tuzim potensialının mövud vəziyyəti ilə tanış olmuşlar. Bununla yanaşı Quba Turizm Destinasiya Menecmenti təşkilatının rəisi Heybət Vəliyevlə görüş keçirilmiş və turizmin inkişafına bələdiyyələrin rolunun artırılması yolları müzakirə edilmişdir.
Məlumat üçün bildiririk ki, ictimai birliyin təsis edilməsində əsas məqsəd yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların problemlərini ictimailəşdirmək və onların səmərəli fəaliyyətlərinə yardımçı olmaqdır. ictimai birlik 2012-ci ildən etibarən hər il olaraq Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələri uğurla başa çatdırmışdır. ən uğurlu layihələrdən biri isə www.belediyye.info internet resursunun istifadəyə verilməsi olmuşdur. Artıq yeddinci ildir ki, sayt fəaliyyətdədir və saytda bələdiyyələrin fəaliyyəti geniş şəkildə öz əksini tapmaqdadır.
 
ŞƏRHLƏR